Ermənistandan Azərbaycanla bağlı mühüm açıqlama


Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə deyib.

“Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir”, – o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ