Ermənistanda vəziyyət qarışdı: Dövlət çevrilişinə cəhddə şübhəli bilinənlər saxlanıldı


Ermənistanda “dövlət çevrilişinə cəhd”də ittiham olunan 15 nəfər həbs edilib.

Turkustan.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsindən verilən açıqlamada hökuməti qanunsuz yollarla devirməyi planlaşdırmaqda ittiham olunan arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla 15 şübhəlinin gətirildikləri məhkəmə tərəfindən həbs edildiyi açıqlanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Qalstanyanın rəhbərlik etdiyi qrupun 2024-cü ilin noyabrından “çevriliş planlaşdırdığını” açıqlayıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti dünən bir sıra həbslər həyata keçirib.

Erməni kilsəsinin təşkil etdiyi bəzi vətəndaşlar və siyasətçilər 2024-cü il mayın 4-də arxiyepiskop Qalstanyanın rəhbərliyi ilə Tavuş və Şirak bölgələrindən paytaxt İrəvana yürüşə başlayıb, daha sonra isə paytaxt başda olmaqla, ölkə daxilində etiraz aksiyaları keçirilib.

Onun istefasını tələb edən və kilsənin hökumət işlərindən uzaq durmasını istəyən Paşinyan bəyan edib ki, administrasiya dəyişikliyi ancaq seçki yolu ilə edilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ