CİA: İranın nüvə proqramına ciddi ziyan dəyib


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Ratkliff bəyan edib ki, etibarlı kəşfiyyat son hücumlar nəticəsində İranın nüvə proqramına ciddi ziyan dəydiyini təsdiqləyir.

Turkustan.az xəbər verir ki, Ratkliff məsələ ilə bağlı yazılı açıqlama verib.

Ratkliff MKİ-nin müvafiq qərar qəbul edənləri və nəzarət orqanlarını tam məlumatlandırmaq üçün etibarlı mənbələrdən yeni məlumatlar toplamaqda davam etdiyini bildirərək, məsələnin milli əhəmiyyəti və şəffaflıq prinsipinə görə lazımı yeniliklərin Amerika ictimaiyyəti ilə paylaşılacağını vurğulayıb.

"MKİ təsdiq edir ki, bir sıra etibarlı kəşfiyyat məlumatları İranın nüvə proqramının son hədəf hücumları nəticəsində ciddi şəkildə zədələndiyini göstərir", - Ratkliff bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ