Rusiyaya zərbə: London və Paris nəyi gizlədir?


İyunun 6-da Rusiya Tu-95 və Tu-160 strateji bombardmançı təyyarələrdən istifadə etməklə Ukraynanın hərbi obyektlərinə güclü hava zərbəsi endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri məlumat yayıb.

Bildirilir ki, hücum Ukraynanın pilotsuz təyyarələrinin iyunun 1-də Rusiya aerodromlarına endirdiyi zərbələrə cavab idi. Kiyevin bombardmançı təyyarələrə dəyən ziyanla bağlı təsdiqlənməmiş iddialarına baxmayaraq, Moskva avadanlığın yaxşı vəziyyətdə olduğunu iddia edir.

“The Times” isə yazır ki, “strateji uğursuzluq” halında Rusiya çəkindirmə məqsədilə taktiki nüvə silahlarından məhdud istifadəyə müraciət edə bilər.

Məlumata görə, iyunun 3-də Rusiya zərbələri NATO-nun Ukraynadakı hədəflərinə - IRIS-T hava hücumundan müdafiə sisteminə və Dnepropetrovsk vilayətindəki "TRML-4D" radarına, həmçinin fransız müşavirlərinin postuna zərbələr endirib. Və iyunun 1-də Odessadakı Britaniya xüsusi təyinatlılarının bazasına zərbə endirilib. Qərb əsgərləri öldürülüb.

London, Paris və Berlin itkilər fonunda susmağa üstünlük veriblər. Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun sözlərinə görə, Ukrayna Böyük Britaniya və Fransanın kəşfiyyat məlumatlarından istifadə edib. Rusiyanın Londondakı səfiri xüsusilə vurğulayıb ki, ABŞ və İngiltərənin dəstəyi olmadan belə əməliyyatlar mümkün deyil. Vaşinqton ittihamları rədd edib, İngilislər isə şərh verməyib.

Maraqlıdır ki, zərbələr günü baş nazir Kir Starmer “döyüş hazırlığı”nı, müdafiə naziri Con Xili isə Rusiya ilə münaqişəyə hazır olduğunu bəyan edib./publika.az


MANŞET XƏBƏRLƏRİ