SON XƏBƏR: İsrail Livanı bombaladı - Huzbullah komandiri öldürüldü


İsrail ordusunun Livanın cənubuna aviazərbələri nəticəsində “Huzbullah”ın Rədvan vilayətindəki komandiri məhv edilib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki saat sonra Beyt-Leyfa bölgəsində sözügedən təşkilatın daha bir silahlısı zərərsizləşdirilib.

Eyni zamanda bu istiqamətdəki əməliyyatların davam edəcəyi bir daha bəyan olunub.


MANŞET XƏBƏRLƏRİ