Cənubi Koreya Şimali Koreyanın iyul və ya avqust aylarında Rusiyaya əlavə qoşun göndərə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Yonhap xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Rusiya-Ukrayna müharibəsində Şimali Koreya əsgərləri ilə bağlı yenilənmiş məlumatları parlamentdəki qapalı kəşfiyyat komitəsində millət vəkilləri ilə paylaşıb.
Buna görə Şimali Koreyanın artıq sözügedən missiya üçün əsgər toplama prosesinə başladığı iddia edilib.
Qanunvericilər həmçinin iddia ediblər ki, Pxenyan Rusiyaya 10 milyondan çox artilleriya mərmisi, raket və uzaqmənzilli silahlar verməsi müqabilində Moskvadan iqtisadi əməkdaşlıq və texniki dəstək vədləri alıb.
Aytən Yaşar/ Turkustan.az