Putin Türkiyəyə gəlsə, mən də gələrəm - Ərdoğan Trampın sözünü çatdırdı


ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinin də onlara qoşulacağı təqdirdə Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Hörmətli Trampla Haaqada biz Ukrayna ilə bağlı danışdıq. "Rusiya prezidenti Vladimir Putin problemi həll etmək üçün İstanbula və ya Ankaraya gəlsə, mən də İstanbula və ya Ankaraya gələcəm", - Tramp dedi", deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna birbaşa danışıqların iki raundunu keçirib. Görüşlər İstanbulda baş tutub. Onlar əsirlərin mübadiləsi ilə nəticələnib. Rusiya ölən hərbçilərin cəsədlərini Ukraynaya təhvil verib. Tərəflər münaqişənin həllinə dair memorandum layihələri mübadiləsi aparıblar./publika.az


MANŞET XƏBƏRLƏRİ