Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - CANLI


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

Turkustan.az xəbər verir ki, hərbi qulluqçular bu gün Bakı şəhərində saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

Qeyd edək ki, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçirilir.


MANŞET XƏBƏRLƏRİ