SENSASİYA: İsrail-İran müharibəsi buna görə başladı – Azərbaycan detalı


İran-İsrail müharibəsinin əsl səbəbi İran və Çinin logistika, enerji və hərbi sahələrdə əməkdaşlığı prosesini dayandırmaq idi. ABŞ bunu İsrail üzərindən həyata keçirdi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında türkiyəli politoloq Engin Özər deyib.

O bildirib ki, düşünülənlərin əksinə olaraq İranın nüvə potensialı ilə bağlı ortada problem yoxdur:

“Mən bunu sadəcə Çin və İran əməkdaşlığına qarşı hücum olaraq görürəm. Bilirsiniz ki, Çinin “İpək yolu” layihəsi var. Azərbaycandakı bəzi problemlərdən dolayı İran üzərindən həyata keçirilməsi də gündəmdədir. ABŞ bu layihənin ləğv edilərək Şimal-Cənub dəhlizinin tamamilə İranın dəstəyini qazanmasını gözləyir. Bu birinci səbəbdir.

Müharibənin nəticələrinə gəlincə, iki tərəf də qalibiyyət elan etdi və münaqişə bu şəkildə donduruldu. Amma İsrail logistika problemlərini həll etdikdən sonra (Hayfa limanı raket hücumları ilə mühasirədə idi. – red) yenidən hücum edə bilər. Bu hücumun olması artıq ABŞ-dan asılıdır. Əmin olun ki, Pekin, Tehran və Vaşinqton, xüsusilə də Tehran və Vaşinqton arasında hazırda “alqı-satqı” gedir. Bunun nəticəsi olaraq hazırda münaqişə dondurulub. Güman edirəm ki, İran atəşkəsi pozmayacaq, çünki Çinin 400 mlrd. dollarlıq investisiya anlaşması qarantiyası var (2021-ci ildə imzalanmış müqaviləyə əsasən Çin davamlı neft tədarükü müqabilində 25 il ərzində İrana 400 milyard dollar sərmayə qoymağa razılaşıb. – red).”

E.Özər bildirib ki, təqribən bir ay sonra savaşın yenidən qaynar fazaya daxil olacağını və yenidən “alqı-satqı”nın başlayacağını demək olar, amma bu, dünya müharibəsinə gətirib çıxarmayacaq.

engin

Engin Özer

Ekspert həmçinin qeyd edib ki, İranda rejim dəyişikliyi olmayacaq:

“Bu, sadəcə İranın hazırda verdiyi geosiyasi qərarlarla bağlı məsələlərdir. Əgər ABŞ-ın istədiyi mövqeni tutarsa, hazırkı rejimlə işləməyə davam edəcəklər. Onlar üçün rejim deyil, verilən qərarlar önəmlidir”.

İndiki mərhələdə ötən gün NATO zirvəsi çərçivəsində Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş (Trampın ikinci müddətə prezident seçilməsindən sonra ilk görüş. – red) də maraq doğura bilər. Sözügedən görüşlə bağlı ekspert güman edir ki, burada F-35 proqramına qayıdışla barədə müzakirələrin başlaması, Ukraynaya dair bu ayın sonunda İstanbulda aparılacaq danışıqlar, həmçinin, İranda atəşkəs prosesi müzakirə olunub.

İran-İsrail müharibəsinin İranın Çinlə əməkdaşlığı səbəbindən başlamasına münasibət bildirən iranşünas, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lana Ravandi-Fədai bildirib ki, bu versiyanı səbəblərdən biri hesab etmək olar:

“ABŞ həqiqətən də Çini zəiflətmək, o cümlədən bunu İran-Çin münasibətlərini pozmaqla reallaşdırmaq istəyir. Amma bu olsa belə, Trampın Çinə qarşı sanksiyalar tətbiq etməyəcəyi və İran neftini almasına icazə verəcəyi ilə bağlı son açıqlamaları ABŞ-ın bu məsələdə mövqeyinin dəyişdiyini göstərir. Tramp son vaxtlar gözlənilməz addımlar atır və konkret bir strategiya yürütmür. Amma ümumilikdə onun baxışları İranla bağlı mövqeyinin tədricən yumşalması istiqamətindədir. Tramp getdikcə islam rejiminə qarşı daha dözümlü olur. Dünən Tramp hətta Netanyahunu danladı (guya atəşkəsi pozduğu üçün İrana ciddi hərbi cavab vermək niyyətində olduğuna görə)”.

WhatsApp Image 2025 06 25 at 10.56.44 2

Lana Ravandi-Fədai

Ancaq ekspert hesab edir ki, qarşıdurmanın əsas səbəbi Netanyahunun İslam rejimini devirmək və onun yerinə İslamdan daha çox zərdüştiliyə rəğbət bəsləyən Pəhləvi sülaləsini gətirmək arzusunda olmasıdır.

L.R.Fədainin sözlərinə görə, İsrailin baş naziri beynəlxalq vəziyyətin ona yenidən İrana hücum etməyə imkan verdiyini hiss edəndə münaqişə bərpa olunacaq:

“Bəlkə bir neçə ay və ya bir ildən sonra. İndi İran azərbaycanlıları üçün əsas odur ki, Prezident Pezeşkianın islahatları nəticəsində öz dillərini, mədəniyyətlərini inkişaf etdirsinlər. Rza Pəhləvi hakimiyyətə gəlsə, onların indiki kiçik hüquqlarını belə əlindən alacaq, çünki Pəhləvi sülaləsi qeyri-fars xalqlara qarşı assimilyasiya siyasəti və şovinizmi ilə tanınır.

Müharibə yenidən başlayarsa, o zaman nəzəri olaraq, Azərbaycan üçün İrandan qaçqın axını və İrandan gələn ticarət yolları zəncirlərinin zərər görməsi təhlükəsi var”.


MANŞET XƏBƏRLƏRİ