Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
Turkustan.az Report-a istinadən xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının İrandan Azərbaycana gəlməsi gözlənilir.
Onların bir qismi bu gün Astara sərhəd-keçid məntəqəsindən quru yolla Azərbaycaa gəlib.
İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.