Vadefuldan Rusiya açıqlaması: Sərhədlər zorla dəyişdirilə bilməz!


Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın aqressiv və imperialist mövqeyini qorumağa davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən 18-ci İtaliya Səfirləri Konfransında iştirak edən Almaniyanın xarici işlər naziri Vadeful səfirlər qarşısında çıxış edib. Vadeful Almaniya və İtaliyanın bir çox maraqları bölüşdüyünü bildirib və hər iki ölkənin bunlara daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb.

Alman nazir Ukrayna müharibəsinə həll yolu tapmaq üçün bu axşam Berlində keçirilən danışıqlara toxunaraq deyib: "Bu axşam Berlində danışıqlar davam edərkən, biz italyanlar və almanlar Ukrayna ilə bağlı heç bir qərarın Ukrayna olmadan qəbul edilə bilməyəcəyi barədə razılığa gəldik. Avropalıların iştirakı olmadan Avropa təhlükəsizlik qərarı ola bilməz. Sərhədlər zorla dəyişdirilə bilməz".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ