Ərdoğan xəbərdarlıq etdi: Gəmilər hədəfə alınmamalıdır!


Prezident Ərdoğan 16-cı Səfirlər Konfransında açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Qara dənizdəki son hadisələrlə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Biz tərəflərə xəbərdarlıqlarımızı çatdırırıq".

Prezident Ərdoğan 16-cı Səfirlər Konfransında açıqlamalar verib. Prezident Ərdoğanın çıxışlarından ən əsas məqamlar bunlardır:

Bu il Rusiya və Ukraynanı İstanbulda üç dəfə bir araya gətirdik. İstanbul danışıqları Türkiyə diplomatiyası üçün böyük uğur oldu. Müharibənin Qara dənizə yayılmasının qarşısını aldıq. Lakin son qarşılıqlı hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Mülki gəmiləri hədəf almaq heç kimə fayda vermir. Xəbərdarlıqlarımızı tərəflərə çatdırırıq.

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar. Azərbaycanla dialoqu davam etdirməklə yanaşı, Ermənistanla münasibətlərin normallaşması proseslərini də irəlilədirik.

15 iyul çevriliş cəhdinin təşkilatçısı olan FETÖ-nun xarici qollarına qarşı mübarizəmizi eyni qətiyyətlə davam etdirməliyik.

Türkiyəni ən yaxşı yerlərə çatdırmaq üçün gecə-gündüz çalışırıq: 2025-ci ildə 24 xarici səfərimiz oldu, dövlət və hökumət başçıları səviyyəsində 91 lideri qəbul etdik və 225 görüş keçirdik. Dövlət və hökumət başçıları səviyyəsində 176 telefon danışığımız oldu. "Türk Əsri" hədəfimizə doğru sürətlə irəliləyəcəyik. Məqsədlərimizi daha da səylə davam etdirməliyik.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ