Azərbaycan ərazisindən Ermənistana buğda nəqli davam edir


Dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana buğda çatdırılması davam edir.

Turkustan.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O deyib: "Nəql davam edir; yeni göndərişlər hazırda yoldadır".

Papoyan buğdanın hansı ölkələrdən gətirildiyi barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, noyabrın 6-da Rusiya buğdası Azərbaycan ərazisindən Ermənistana nəql olunub. Azərbaycan dəmir yolu ilə Rusiyadan Ermənistana təxminən 1000 ton buğda daşınıb. Noyabrın 8-də 1000 tonluq Qazaxıstan buğdasının növbəti partiyası Azərbaycandan Ermənistana göndərilib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qərarını alqışlayıb və Ermənistanın öz növbəsində öz ərazisindən Azərbaycana yüklərin daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib.

Noyabrın 6-da Rusiya Nəqliyyat Nazirliyi 2026-cı ilin yanvar ayının sonuna kimi Azərbaycan ərazisindən keçən dəmir yolu ilə Ermənistana əlavə 132 vaqon buğda ixrac edəcəyini açıqlayıb. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ