Donbas (Luqansk və Donetsk), Krım, Zaporojye və Xerson vilayətləri (Rusiyanın işğalı altında olan Ukrayna əraziləri) ilə bağlı heç bir kompromis mümkün deyil.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "ABC News" telekanalına müsahibəsində bildirib.
"Biz bu məsələdə heç bir formada kompromisə gedə bilmərik. Çünki bizim fikrimizcə, bu, Konstitusiyamızda təsbit olunmuş dövlətçiliyimizin fundamental elementinə yenidən baxılması demək olardı",- S. Ryabkov vurğulayıb./teleqraf