Xəbər verdiyimiz kimi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 min nəfəri əhatə edəcək amnistiya aktı elan olunacaq.
Turkustan.az bildirir ki, Teleqraf-ın məlumatına görə, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanuna uyğun olaraq, kimlərə amnistiyanın tətbiq edilməyəcəyi də müəyyənləşib.
Bu məqamda amnistiya aktının həbsdə olan sabiq məmurlara şamil edilib-edilməyəcəyi də müzakirə olunan məsələlərdəndir.
Lakin qanuna uyğun olaraq, hazırda həbsə olan bir sıra sabiq məmurlara amnistiya düşməyəcəyi aydınlaşır.
Çünki Vilyam Hacıyev, Alimpaşa Məmmədov və Mahir Quliyev kimi sabiq icra başçılarını həbsə göndərən əsas səbəb rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə olub.
Qanunda isə korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verən şəxsə amnistiyanın tətbiq olunmayacağı nəzərdə tutulur.