Rusiya qırıcıları Qara dəniz üzərində uçuşlar həyata keçirir


Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Tu-22M3 uzunmənzilli strateji bombardmançı təyyarəsi Qara dəniz üzərində uçuş həyata keçirib.

Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Tu-22M3" uzunmənzilli bombardmançı təyyarələrinin Qara dənizin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirdiyi bildirilib.

Bəyanatda Rusiyanın "Su-35S" və "Su-27" qırıcı təyyarələrinin müşayiət etdiyi uçuşun 5 saatdan çox davam etdiyi qeyd olunur və əlavə olunur: "Uzaqmənzilli aviasiya heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit Okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçuşlar həyata keçirirlər. Rusiya Aerokosmik Qüvvələrinin bütün təyyarələrinin uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ