Zelenski: Ruslar hər ay 30 min əsgər itirir, Putinin vecinə deyil!


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu hər ay təxminən 30 min itki verir, lakin Rusiya prezidenti Vladimir Putin buna məhəl qoymur, çünki o, yalnız gücə və pula inanır.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Niderland parlamentindəki çıxışı zamanı səsləndirib.

“Putin insanlara inanmır. O, yalnız gücə və pula inanır. Hər ay cəbhədə təxminən 30 min rus əsgəri həyatını itirir. Söhbət yaralılardan yox, məhz ölənlərdən gedir. Bir ayda 25 min, digər ayda isə 31 min rus əsgəri öldürülüb”, – deyə, Zelenski qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ