Türkiyə Rusiya və Ukraynaya xəbərdarlıq etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışıb.

Turkustan.az xəbər verir ki, o bu barədə 16-cı səfirlər konfransında çıxış edib.

Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb.

“Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq şəkildə çatdırırıq”, - Ərdoğan qeyd edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ