Dəhşətli gecələr gələcək: Müharibə ilə bağlı şok proqnoz


“Arqumentlər və Faktlar” nəşri Ukraynadakı hərbi vəziyyətlə bağlı növbəti icmalını yayımlayıb.

Turkustan.az-ın globalinfo-ya istinadən xəbərinə görə, yazıda Xarkov istiqamətində döyüşlərin informasiya gündəmində arxa planda qalsa da, Rusiya qüvvələrinin hücum fəaliyyətini davam etdirdiyi qeyd olunur.

“Military Chronicle” Teleqram kanalının məlumatına görə, Qara dəniz üzərində İtaliyaya məxsus elektron kəşfiyyat təyyarəsi müşahidə olunub. Analitiklərin fikrincə, təyyarə Odessa vilayətində, xüsusilə Zatoka ətrafında gözlənilən hücumların qarşısının alınmasına kömək məqsədi daşıya bilər.

Məqalədə Donbas bölgəsində Slavyansk–Kramatorsk xəttinin Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə zonalarından biri olduğu vurğulanır. Təxminən 100 kilometr uzunluğunda olan bu möhkəmləndirilmiş xəttdə beton istehkamlar və dərin xəndəklərin yerləşdiyi bildirilir.

Qərb hərbi ekspertləri bu müdafiə zonasını “qala kəməri” kimi xarakterizə edirlər:

“Görünən odur ki, Kiyev üçün heç nə yaxşı getmir. Rusiya tərəfi əsasən gecə saatlarında hücumları intensivləşdirir. Gələcək günlər üçün Ukraynanı dəhşətli gecələr gözləyir”, – deyə nəşr qeyd edib.


MANŞET XƏBƏRLƏRİ