Britaniyanın BBC telekanalı ABŞ prezidenti Donald Trampın 6 yanvar 2021-ci il tarixli çıxışının redaktə edilməsi ilə bağlı qaldırdığı 5 milyard dollarlıq iddiaya qarşı məhkəmədə özünü müdafiə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb .
Tramp televiziya şirkətini böhtan atmaqda və Florida ştatının ticarət təcrübələri qanununu pozmaqda günahlandırdı.
BBC ötən ay Trampdan üzr istəsə də, onun kompensasiya tələblərini rədd etmiş və "böhtan iddiası üçün əsasların" olması ilə razılaşmamışdır.
BBC sözçüsü dedi: "Əvvəllər də bildirdiyimiz kimi, bu işdə özümüzü müdafiə edəcəyik. Davam edən məhkəmə prosesi ilə bağlı başqa heç bir şərh verməyəcəyik."
Aytən Yaşar/ Turkustan.az