Avropa liderləri Berlində keçirilən toplantıda Ukraynada atəşkəsin təmin olunması və sonrakı proseslər üçün çoxmillətli hərbi qüvvə yaradılması barədə razılığa gəliblər.
Turkustan.az Almaniya mediasına istinadən xəbər verir ki, Avropa Birliyi (AB) rəhbərliyi, birliyə üzv dövlət başçılarının və ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərəcək bu qüvvə Ukrayna silahlı qüvvələrinə dəstək verəcək və ölkənin hava və dəniz təhlükəsizliyini təmin edəcək.
Açıqlamada qeyd olunur ki, sülh dövründə 800 minlik daimi ordunun qurulması üçün uzunmüddətli dəstək veriləcəyi vurğulanıb. Məqsəd çəkindiriciliyi artırmaq və müdafiə gücünü möhkəmləndirməkdir. Atəşkəsi izləmək üçün ABŞ liderliyində beynəlxalq mexanizm yaradılacaq. Gələcək hücumlara qarşı erkən xəbərdarlıq sistemi fəaliyyət göstərəcək və atəşkəsi pozan hallara müdaxilə ediləcək. Təhlükəsizlik zəmanətləri gələcək silahlı hücum hallarında hüquqi öhdəlik yaradan tədbirləri əhatə edəcək.
Eyni zamanda, Ukraynanın iqtisadi və fiziki bərpası üçün genişmiqyaslı investisiyalar həyata keçiriləcək və Rusiyanın vurduğu zuiyanın ödənməsi üçün AB-də dondurulmuş aktivlərdən istifadə olunacaq. Açıqlamada Ukraynanın Avropa Birliyinə inteqrasiyasının dəstəklənməsi də vurğulanıb.
Toplantıda Almaniya, Fransa, İngiltərə, Polşa, İtaliya, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç iştirak edib. AB Prezidenti Antonio Kosta və AB Komissiya sədri Ursula von der Leyen də sənədi imzalayanlar arasında olub. Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ nümayəndə heyəti də görüşdə iştirak ediblər. Rusiya isə Qərb ölkələrinin Ukraynada hərbi qüvvə yerləşdirməsinə qarşı çıxır və belə qüvvələrin açıq hərbi hədəf kimi görüləcəyini bildirir. /konkret.az/