Vaxtilə vaqon oğurluğu ilə məşğul olan Şərurlu İsfəndiyar cinayət məsuliyyətinə cəlb oluna bilər? - AÇIQLAMA


“Şərurlu İsfəndiyar (İsfəndiyar Axundov) vaxtilə vaqon oğurluğu ilə məşğul olduğunu deyirsə, prokurorluq orqanları bunun təhqiqatına başlamalıdırlar. Cinayət məsuliyyətinə cəlb etmə müddəti ötməyibsə, təbii ki, cinayət işi açmalıdırlar. Lakin hadisə SSRİ dövründə olubsa, Şərurlu İsfəndiyarın məsuliyyətə cəlb olunma müddəti bitib. İndi onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. Amma bu, onun işgüzar nüfuzunu, reputasiyasını bəlli edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Kimsə ona nəyisə etibar edirsə, bunu nəzərə almalıdır. O cümlədən dövlət. Şərurlu İsfəndiyara lisenziya verəndə nəzərə almalıdırlar. Bu, artıq etika məsələsidir”, - hüquqşünas bildirib.

Qeyd: "Şərur" MTK-nın sahibi İsfəndiyar Axundov "Həftənin qonağı" verilişində keçmişdə törətdiyi əməllər barədə etiraflar edib, o, SSRİ dövründə vaqon oğurladığını, külli miqdarda pullar qazandığını açıqlayıb.


MANŞET XƏBƏRLƏRİ