Əliyevin 9 May paradına qatılmamasına Zaxarovadan REAKSİYA


“Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır”.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən hərbi parad və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

XİN rəsmisi iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib:

“Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış “Müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında” bəyannamənin əsasında qurur. Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ