Ukrayna ABŞ-dan 350 milyardı “uşaq şirniyyat alırmış” kimi əldə edib - Tramp


ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna Ağ Evin əvvəlki rəhbəri Co Baydenin dövründə Vaşinqtondan 350 milyard dollar yardımı sanki “uşaq şirniyyat alırmış” kimi asanlıqla əldə edib.

Turkustan.az xəbər verir ki, bunu Tramp Dohada ABŞ və Qətərin biznes liderləri ilə görüşdə deyib.

"Həqiqətən ümid edirəm ki, Rusiya və Ukrayna münaqişəni bitirmək üçün nəsə edə bilər, nəhayət buna son qoyulmalıdır. Heç bir hesabat almadan sadəcə onlara 350 milyard dollar pul verdik. Bu, tarixin ən böyük satışı ola bilər. Volodimir Zelenski hər dəfə ABŞ-a gələndə yüz milyardlarla dollar alıb gedirdi". /modern.az/


MANŞET XƏBƏRLƏRİ