Rutte: Türkiyənin təsirli müdafiə sənayesi bazası var


NATO-nun baş katibi Rutte: "Türkiyənin təsirli müdafiə sənayesi bazası var. O, ABŞ və Avropanın bütün sənayeləri və ölkələri ilə sıx əməkdaşlıq edir" deyib.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte NATO-nun Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısında göstərdiyi qonaqpərvərliyə görə Türkiyəyə təşəkkür edib və İstanbul sülh danışıqlarına toxunaraq, Türkiyənin “bir araya gətirmə gücünün hər gün göründüyünü” vurğulayıb.

Rutte Antalyadakı NEST Konqres Mərkəzində keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının sonunda jurnalistlərə açıqlama verib.

Xarici işlər naziri Hakan Fidan və komandasına Antalyada göstərdikləri “mükəmməl” qonaqpərvərliyə görə təşəkkür edən Rutte görüşün 24-25 iyun tarixlərində Hollandiyada keçiriləcək Haaqa sammitinin gündəmini hərtərəfli müzakirə etmək imkanı yaratdığını bildirib.

O, görüşün əsas mövzusunun müdafiə xərclərinin artırılması olduğunu vurğulayaraq: "Bu, gələcək illərdə Alyans üçün əhəmiyyətli bir sahə olacaq. Müdafiə xərclərinin artırılması təhlükəsizliyimiz üçün vacibdir" deyib.

Hazırkı 2 faizlik hədəfin yetərli olmadığını təkrarlayan Rutte: "Antalyadakı müzakirələrimiz gələcəkdə "nəyə daha çox ehtiyacımız olacaq" üzərində cəmləndi. Biz bilirik ki, əsas hərbi ehtiyaclarımıza daha çox sərmayə qoymalıyıq və infrastruktur və dayanıqlılıq da daxil olmaqla, müdafiəyə daha geniş sərmayələrə ehtiyacımız olacaq"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ