Hakan Fidan: Hər iki tərəf atəşkəsə hazırdır, ancaq tələblər fərqlidir


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının sonunda açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Fidanın açıqlamalarından diqqət çəkən məqamlar:

"Avropanın təhlükəsizliyi NATO-dan ayrı düşünülə bilməz. NATO ittifaqında ikinci böyük orduya sahib olan Türkiyə Avropanın təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Antalyada gündəmimiz qlobal və regional məsələlərdən ibarət idi.

Rusiya-Ukrayna müharibəsində sülh səyləri gücləndi və biz sülhün yalnız danışıqlar yolu ilə mümkün olduğunu söylədik. Ukrayna prezidenti Zelenski Ankarada, Rusiyadan və ABŞ-dan gələn heyət isə İstanbuldadır. ABŞ dövlət katibi Rubio da buradadır, mətbuat konfransından sonra görüşəcəyik. Ümid edirik ki, ədalətli və davamlı sülh əldə olunacaq.Hər iki tərəf prinsipcə atəşkəsə hazır olduqlarını bəyan ediblər, lakin onların tələbləri fərqlidir. Məhz buna görə də biz hesab edirik ki, danışıqlar lazım olan sahədir. Bu səbəbdən də ABŞ-ın xüsusi nümayəndəsinin vasitəçiliyi ilə başlayan Ukrayna-Rusiya danışıqları müəyyən mərhələyə çatıb. Məqsədimiz sülhə nail olmaq olanda hər iki tərəf müəyyən güzəştlərə getməli, ortaq məxrəcə gəlməlidir. Ankara, Antalya və İstanbulda sıx diplomatik gediş-gəliş var".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ