Ukrayna prezidenti Vladimir Zelenski Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla 2 saat 45 dəqiqəlik görüşdən sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, ABŞ prezidenti Tramp və prezident Ərdoğana hörmət olaraq İstanbuldakı sülh danışıqlarına bir heyət göndərmək qərarına gəldik.
Rusiya tərəfi qeyri-ciddi münasibətini davam etdirir. Onlar atəşkəsin tərəfdarı deyillər.
Bu danışıqlar asan iş deyil, hansı formatda olacağını müzakirə etmək üçün Rusiya ilə görüşmək çətindir. Onlar Rusiya mətbuatı vasitəsilə Putinin birbaşa danışıqlara hazır olduğunu bildiriblər. Mən buna dərhal cavab verdim. Mayın 15-i dedim, dərhal gəldim, gəlmədi. Rusiya nümayəndə heyətində qərar qəbul edənlər yoxdur. Bütün tərəflər danışıqların şərtlərini yeniləməlidir. Qeyd-şərtsiz atəşkəs olmalıdır.
"İstanbul danışıqları uğursuz olarsa, Ukrayna nə edəcək?" Zelenski sualı cavablandırarkən deyib: "Biz hamımız başa düşürük ki, ədalətli sülh olmalıdır, Ukraynanın təhlükəsizliyi BMT-yə uyğun olmalıdır, ərazi bütövlüyümüz dəstəklənməlidir. Əgər hamımız nəticə əldə etmək istəyiriksə, indiki mərhələdə nümayəndə heyətinin səviyyəsi önəmli deyil. Rusiya nəsə etməli idi, amma bu addımlar atılmırsa, Rusiyaya qarşı təzyiqi daha çox etmək lazımdır. Hərtərəfli sanksiyalar, hətta ABŞ son həftələrdə çox çalışdı, bir sanksiyalar paketi müzakirə edildi, Rusiya bu müharibəni bitirmək istəmədiyini göstərir."
Aytən Yaşar/ Turkustan.az