Əlilliyi olan şəxslər üçün yaradıcılıq və bacarıq inkişafı layihəsi başladı


“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyinin alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

QHT.az xəbər verir ki, bu barədə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə, fiziki məhdudiyyəti olan istedadlı şəxslərin sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir. Layihənin qarşısına qoyduğu vəzifə məqsədin gerçəkləşdirilməsi yönünüdə bir sıra işlər – təlimlər, sərgilər və konsertlər gerçəkləşdirməkdir.

Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının müəyyənləş­diri­lməsi, inkişaf etdirilməsi və üzə çıxarılması yönündə Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə əl işlərinin öyrədilməsi məqsıdilə təlimlərin təşkili nəzərdə tutulur. Təlimdə 2 qrup hər qrupda 10 nəfər olmaqla, 1 ay müddətində həftədə 2 dəfə 2 saat olmaqla təlimlərin təşkil ediləcəkdir. 2 qrup əlilliyi əlilliyi olan şəxslərə muncuqdan müxtəlif növ əl işlərin toxunmasının öyrədilməsi həyata keçiriləcəkdir. Təlimi bitirən şəxslərin Xırdalan şəhəri AAAF-Park Yaşayış Kompleksində keçiriləcək sərgi və konsertdə hazırladıqları əl işlərinin satışının həyata keçirilməsinə şərait yaradılacaqdır. Layihə 3 ay davam edəcək.


MANŞET XƏBƏRLƏRİ