Ukrayna İstanbul danışıqlarını pozarsa, Rusiyanın cavabı belə olacaq


Münaqişənin həllinin müzakirə olunacağı İstanbul danışıqları günü Ukrayna tərəfi döyüş təmas xəttində təxribatlar törədə bilər. Bu, Rusiya Silahlı Qüvvələrinin hərbi cavabı ilə nəticələnəcək.

Turkustan.az "Ura.ru"ya istinadən xəbər verir ki, bu barədə siyasi ekspert Yevgeni Semibratov danışıb.

“Kiyev danışıqların fonunda döyüş təmas xəttində xoşagəlməz sürpriz yarada bilər”, - ekspert bildirib.

O xatırladıb ki, bəzi açıq mənbələr Ukraynanın Bryansk vilayəti ilə sərhəddə silahlı qüvvələr cəmləyə biləcəyi barədə məlumat yayıb. Onun sözlərinə görə, Kiyevin günahı üzündən danışıqlar uğursuz olarsa, bu, Rusiya ordusunun “əl-qolunu açacaq”. /publika.az/


MANŞET XƏBƏRLƏRİ