İranın xarici işlər naziri Abbas Erakçinin Omandakı danışıqlar zamanı təklifi aldığı və məsləhətləşmələr üçün Tehrana apardığı bildirilib.
Turkustan.az xəbər verir ki, ABŞ mərkəzli Axios xəbər platformasının adı açıqlanmayan bir ABŞ rəsmisi və məsələ ilə birbaşa əlaqəli iki mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Tramp administrasiyası mayın 11-də Omanda İran və ABŞ arasında keçirilən danışıqlarda yazılı nüvə razılaşması təklifini İrana təqdim edib.
Buna uyğun olaraq aprelin əvvəlində başlayan danışıqlarda Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff ilk dəfə olaraq İran rəsmilərinə rəsmi yazılı təklif təqdim edib.
Aytən Yaşar/ Turkustan.az