Venesuela müxalifətinin lideri Ağ Evdə Trampla görüşdü: "Ona güvənirəm"


Bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşən Venesuela müxalifətinin lideri Mariya Korina Maçado görüşünün çox yaxşı keçdiyini deyib.

O, iki saatdan çox davam edən danışıqlardan sonra Ağ Evdən ayrılıb.

Maçado mətbuata açıqlaması zamanı Venesuelanın azadlığı üçün Prezident Trampa güvəndiyini deyib.

Ağ Evdən ayrılan Maçadonun ABŞ senatorları və Konqres üzvləri ilə görüşü gözlənilir.


MANŞET XƏBƏRLƏRİ