Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib - Baş prokuror


“Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir"

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən Baş prokuror seçilən Kamran Əliyev çıxışı zamanı deyib.

Bildirib ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edilib, suverenliyimiz bərpa edilİb.

"Azad edilmiş ərazilərdə bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Prokurorluq orqanlarında yeni prokurorluqlar, Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ