ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları müzakirə etmək üçün Norveçə səfər edəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ mediasının hökumət rəsmilərinə istinadən yaydığı məlumata görə, Vitkoff bu gün Norveçin paytaxtı Osloda olacaq.
Vitkoffun səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Norveçin Baş naziri Yonas Qar Store, həmçinin “E4” ölkələrinin — Böyük Britaniya, Fransa, Almaniya və Polşanın nümayəndələri ilə görüşəcəyi gözlənilir. Müzakirələrdə Avropa İttifaqı və NATO təmsilçilərinin də iştirak edəcəyi bildirilir.
Görüşlərin əsas məqsədinin Rusiya ilə danışıqların yenidən başlanmasına zəmin yarada biləcək hərtərəfli təklifin hazırlanması üçün tərəflər arasında koordinasiyanı təmin etmək olduğu qeyd olunur.
Trampın xüsusi elçisi ilə yanaşı, onun kürəkəni Cared Kuşner də danışıqlarda iştirak etməli idi. Lakin qrip səbəbindən Kuşnerin görüşlərə videobağlantı vasitəsilə qoşulacağı bildirilir.
Aytən Yaşar/Turkustan.az