Rəssam Nəvai Metinin müəllifi olduğu ikinci kataloq- kitab yaxın günlərdə çap olunacaq


Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsiıçisi, ARA Aktivist Rəssamlar Assosiasiyasının qurucusu və rəhbəri , rəssam Nəvai Metinin müəllifi olduğu ikinci kataloq- kitab yaxın günlərdə çap olunacaq

“Dünyanı sənət xilas edəcək “ adlı proje çərçivəsində dünya rəssamlarının əsərlərindən ibarət olan kitab kataloq ötən il çap olundu. Kataloq Azərbaucanda, eləcə də başka dövlətlətdə rəğbətlə qarşılandı.2024 ilin sonunda kataloqun ikinci hissəsinin də çap olunmağı nəzərdə tutulub.

Rəssam Nəvai Metin bildirib ki, bu günlərdə eyni proje çərçivəsinfə "İstedad sorağında" adlı kitab kataloq çap olunacaq: "Artıq mətbəədə çap prosesi gedir. Yaxın günlərdə kitab-kataloqun təqdimatı keçiriləcək. Kitabda Azərbaycan və başqa dövlətlərdən yeniyetmələrin əl işləri nümayiş olunacaq. İnanıram ki, bu kataloqumuz da rəğbət və sevgiylə qarşılanacaq".

Könül/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ