“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl muzey” adlı interaktiv proqrama start verilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq 18-24 may 2024-cü il tarixlərində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Azərbaycanda ilk dəfə olaraq “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqrama start verilib.

İnteraktiv proqram Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin birgə təşkilatçılığı ilə keçirilir

Proqram üzrə ekologiya sahəsində ekspertlər tərəfindən xüsusi “yaşıl standart” təşkilatları üçün qiymətləndirmə proqramı yaradılıb. “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqram məktəblilər üçün muzeylərin kolleksiya fondundakı əsərlərdə müxtəlif dövrlərdə insanların ətraf mühit arasında tarixi münasibətlərin öyrənilməsiiqlim dəyişikliyinin təsirinin azaldılması ilə onlarda yaşıl düşüncənin formalaşdırılması məqsədini daşıyır. “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində ilk dəfə olaraq muzeylərin ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi konsepsiyası müəyyən edilir.

Yeddi gün davam edəcək proqramda məktəblilər tərəfindən muzeylərin monitorinqinin aparılması, həmçinin fərqlənən muzeylərə “Yaşıl status” sertifikatlarının təqdim olunması nəzərdə tutulur.

Proqram çərçivəsində may ayının 18-dən 24-dək Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Qara Qarayevin Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Yusif Məmmədəliyevin Memorial Muzeyi, Nəriman Nərimanovun Xatirə Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyində məktəblilərin “yaşıl monitorinq” qruplarının işinin təşkili və ekskursiyalarda iştirakı planlaşdırılır.

Ənənəvi olaraq mayın 18-dən 24-dək hər il ICOM-un (Beynəlxalq Muzeylər Şurası) və ya cari ilin mövzusu ilə əlaqədar RUGİM-in və muzeylərin peşəkar mütəxəssisləri tərəfindən xüsusi proqramlar və bukletlər hazırlanır.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Layihə 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Beynəlxalq Muzeylər Şurasının (ICOM) tərəfdaşlığı ilə keçirilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Layihənin icrası müddətində interaktiv proqramda iştirak edən məktəblilərin sayı 68.000-ə çatıb.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ