“Leyli və balaca adamın sirri” adlı tamaşa


02.05.2024-cü il tarixində saat 13:00-da Nəsimi rayon İcra Hakimiyyətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki “2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin, Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan yazıçılar birliyinin üzvü, Uşaq ədəbiyyatı yazıçısı, ssenarist, ADA Universitetinin tələbə xidmətləri üzrə şöbə rəhbəri Günel Əsgərovanın birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Leyli və balaca adamın sirri” adlı tamaşa keçirildi.
Həmin tamaşa da Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin məsləhətçisi Çinarə Əmrahzadə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilüfər Rəhimova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun aparıcı məsləhətçisi Xanım Həsənova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili şöbəsinin sektor müdiri Günay Qurbanova, İdarənin YAP ərazi təşkilatının sədri Sevinc Rəsulova, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, "Dendrologiya bağı" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elman Cəfərli, "Dendrologiya bağı"PHŞ-nin İnformasiya şöbəsinin müdiri Gülşən Həsənova, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları və digər qonaqlar iştirak etdi.
Tədbirdə ilk öncə Mərkəzin dərnək üzvlərinin məhz yararlı tullantı materiallarından hazırladıqları geyimlərə, rəsm və əl işlərindən ibarət əsərlərin sərgisinə baxış keçirildi.
Daha sonra bir-birindən rəngarəng geyimlərdə “Aktyor sənəti” və “Təbəssüm” rəqs qrupunun üzvləri tədbirdə çıxış etdi.


MANŞET XƏBƏRLƏRİ