Qazaxıstanın “Astana Stars” Beynəlxalq İncəsənət Hərəkatının təşkil etdiyi “Azərbaycan stars” beynəlxalq incəsənət festivalı başa çatıb.
Bakı Musiqi Akademiyasının opera studiyasında təşkil edilən festivalın qalibi Elçin Dadaşovun rəhbərlik etdiyi kapricio violin ansamblının üzvləri, Süleyman Rüstəm adına 1 nömrəli musiqi məktəbinin şagirdləri: Gülçin İsgəndərli, Zəhra Məmmədova, Rəsul Qaraxanlı, Ayan Rüstəmova, Yasmin Fərzizadə, Zeynəb Allahverdiyeva, Banu Xankişiyeva və Zəhra Cəlilova olublar. Ansamblın konsertmeysteri Mehri İsmayılovadır.
Birincilik diplomu Süleyman Rüstəm adına 1 nömrəli musiqi məktəbinin və Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi 9 yaşlı skripkaçı Zəhra Cəlilovaya təqdim olunub.


