İranla ABŞ arasında gərginlik artdıqca və Yaxın Şərqdə müharibənin gedişatı qeyri-müəyyən olaraq qaldıqca, qlobal güc balanslarının gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.
Turkustan.az xəbər verir ki, ekspertlər regiondakı həssas vəziyyətin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyi riski barədə xəbərdarlıq edirlər.
Bu şəraitdə 2050-ci illə bağlı güc proqnozları ön plana çıxır. Beynəlxalq audit və konsaltinq şirkəti PwC tərəfindən dərc olunan “Dünya 2050-ci ildə” hesabatı da xüsusi diqqət çəkir. Hesabata görə, alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında aparılan təhlillər qlobal iqtisadiyyatın 2050-ci ilə qədər iki dəfədən çox artacağını göstərir. Araşdırma həmçinin iqtisadi güc mərkəzlərində ciddi dəyişikliklərin baş verəcəyini ortaya qoyur.
PwC-nin hesabatına əsasən, 2050-ci ildə dünyanın ən güclü iqtisadiyyatlarının reytinqi aşağıdakı kimi olacaq:
Çin
Hindistan
ABŞ
İndoneziya
Braziliya
Rusiya
Meksika
Yaponiya
Almaniya
Birləşmiş Krallıq
Türkiyə
Fransa
Səudiyyə Ərəbistanı
Nigeriya
Misir
Pakistan
İran
Cənubi Koreya
Filippinlər
Vyetnam
İtaliya
Kanada
Banqladeş
Malayziya
Tailand
İspaniya
Cənubi Afrika
Avstraliya
Argentina
Polşa
Hesabata görə, Çin 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatı olacaq, Hindistan isə ikinci yerə yüksələcək, ABŞ isə üçüncü yerdə olacaq.
Aytən Yaşar/ Turkustan.az