Avropa İttifaqına (Aİ) üzv dövlətlərin liderləri Yaxın Şərqdə artan gərginliyi, İrana hücumları və onların enerji qiymətlərinə və enerji təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.
Turkustan.az xəbər verir ki, 27 Aİ üzv ölkəsinin dövlət və hökumət başçılarının qatıldığı Aİ Liderlər Zirvə Toplantısı 19 martda Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Avropa Şurasının prezidenti Antonio Kostanın sədrliyi ilə keçiriləcək iclasda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.
Zirvə görüşündə liderlər əvvəlcə Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola ilə fikir mübadiləsi aparacaqlar.
Aytən Yaşar/ Turkustan.az