Görüntülər şübhələrə səbəb oldu! Əgər xəbər doğrudursa, böyük bir ajiotaj yaradacaq


Beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən yeni bir iddia gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, kanadalı jurnalist Mark Slabinski, İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hücumlar zamanı öldürüldüyünü göstərən “etibarlı məlumatlar” əldə etdiyini iddia edib.

Slabinski açıqlamasında Netanyahunun öldüyü barədə məlumat aldığını desə də, bu iddia hələ də rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Açıqlamadan sonra təhdidlər aldığını bildirən jurnalist belə deyib: “Mən intihar etmək fikrində deyiləm. Torontoda dostlarım və ailəm var. Əgər mənə bir şey olsa, məsuliyyət İsrailin xarici kəşfiyyat xidməti olan Mossadın üzərinə düşür”.

Qeyd edək ki, İsrail rəsmiləri daha əvvəl həm Tehran rəhbərliyi, həm də digər mənbələr tərəfindən irəli sürülən Netanyahunun ölümü ilə bağlı iddiaları təkzib ediblər. Bundan sonra baş nazirin rəsmi hesablarından müxtəlif görüntülər paylaşılıb. Lakin bəzi müşahidəçilər həmin video və fotolarda süni intellektdən istifadə oluna biləcəyi ilə bağlı şübhələr irəli sürüblər.

İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Slabinskinin bu iddiası beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

Kanadalı jurnalist Slabinski: Netanyahunun öldüyünə dair etibarlı məlumatlar var.

Kanadalı jurnalist Slabinski: Netanyahunun öldüyünə dair etibarlı məlumatlar var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ