MOSSAD agentləri İran komandirlərinə zəng edir – Ağlasığmaz dialoq üzə çıxdı


İsrailin İranla bağlı yeni tədbir planı üzə çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

“İsrail kəşfiyyat agentliyi “MOSSAD”ın agentləri İran komandirlərinə zəng edir, onlardan İranda üsyana başlamağı tələb edir, qisas alacaqları ilə hədələyirlər”, – deyə yazılıb.

Məqalənin müəllifləri telefon danışığından bir fraqmentə istinad ediblər.

Həmin söhbətdə İsrail agenti İran komandiri ilə fars dilində danışaraq müqavimətə son qoyulmasını tələb edib.

MOSSAD agentlərindən biri qarşı tərəfə bunları deyib: “Biz sənin haqqında hər şeyi bilirik, bizim qara siyahımızdasan. Səni əvvəlcədən xəbərdar etmək üçün zəng etdim – xalqının yanında olmalısan. Əgər belə etməsən, taleyini öz liderinlə eyni olacaq!”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ