“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir


Türkiyədə hava məkanının təhlükəsizliyini təmin etmək üçün Adana vilayətində əlavə “Patriot” hava hücumundan müdafiə vasitəsi yerləşdirilir.

Turkustan.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Adanada “İncirlik” bazasında İspaniyadan göndərilən həmin sistemə əlavə olaraq Almaniyadan göndərilən “Patriot” da yerləşdiriləcək./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ