Tanrı Dağın bənzəri Adam...


Mən Kəlbəcəri görməmişəm. Amma Aqil Camala hər baxanda elə bilmişəm ki, Kəlbəcəri görürəm...

Xəyalə Zərrabqızı

Filologiya üzrə fəlsəfə doktoru

Aqil Camal məndən ötrü yeriyən Murov dağıdı... Başından nə tufanlar keçsə də, bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən, Kəlbəcərin üzü Haqqa sarı dayanan ən əzəmətli Dağıdı Aqil Camal...

Dağ vüqarı ilə həmişə Haqqın yanında, içindəki ədalət tərəzisini əyilməyə qoymayan görmüşəm Aqil Camalı...

Kəlbəcər işğaldan azad olunduğu gün Həmid Herisçi ilə İlhamiyyə Rzayeva Aqil Bəyi verilişinə qonaq dəvət etmişdi. Həmin verilişdə Aqil bəy İlhamiyyə xanıma bir əl işini təqdim etdi. Heç unutmaram şəkildə gördüyüm o səhnəni: Aqil bəy 17 yaşında tərk etmək məcburiyyətində qaldığı Ata yurdunun rəsmini çəkmişdi...

İlhamiyyə xanım veriliş boyunca şəklə baxdıqca: Siz 27 ildi, bu şəkli yanınızda daşımısınız... – deyirdi... Necə təsirli mənzərədir...

Aqil Bəyin "Türküstan" böyüklükdə ürəyi var. Və o Türküstanın mənəvi başkəndi Kəlbəcərdir. Aqil Bəyi dərindən tanıdıqca həmişə mənə elə gəlib ki, Yer kürəsində Kəlbəcərlə Aqil Camal bağlılığı kimsəylə müqayisəyə gəlməz. Mən Aqil Bəyin bu yaşına qədər "məsumiyyət muzeyi" kimi qoruduğu, körpə gözü təkin o dumduru ürəyindəki bu izahsız Vətən sevgisini, yurd bağlılığını körpə bir yavrunun Anaya olan məhəbbətinə bənzədirəm... Aqil Bəyin ürəyində Murovdan Tanrı dağa bir Yol uzanır və Aqil Camal o Haqq yolunun ən halal yolçusudur...

Seyid Qütbinin bir sözünü həmişə xatırlayıram. Yazır ki: "Bizim yolumuz tikanlıdır, ayağını sevənlər bizimlə gəlməsin."

Aqil Bəy getdiyi o cəfalı Yolun tikanına, çökəyinə, kələ-kötürünə, çala-çuxuruna baxmadan yorulmadan, yenilmədən, ləyaqətlə, şərəflə o Haqq yolunu yürüməkdədir...

Böyük Məhəmməd Əmin Rəsulzadənin Cumhuriyyət işığını, İsmayıl bəy Qaspıralının "dildə, fikirdə, işdə birlik" amalını, Əli bəy Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" yandıran türkçü düşüncəsini, Əbülfəz Elçibəyin Bütöv Azərbaycan məfkurəsini günümüzə daşıyan və hər daim gündəm olmasını qoruyub sağlayan milli məfkurəli, türk qanlı, islam imanlı, Turan sevdalı böyük Əqidə Adamıdır Aqil Camal...

Onun baş redaktoru olduğu qəzetin – ilk övladı kimi əzizlədiyi, qoruduğu "Türküstan"ın hər sayında Böyük Məhəmməd Əmin nəfəsi, hər səhifəsində türkçülük hərarəti, Turan sevdası duyulmaqdadır.

Bu dünyada dürüstlüyün, təmiz sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Aqil Camalın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!...

Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: HəqiqiValideyninən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.Aqil BəyinAzərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... MənAqil bəyidünyaya gətirən, bu cür mükəmməl tərbiyədə və düşüncədə yetişdirən Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm.Aqil bəyə həyata atdığı ilk addımlarından dili, sözü, əməli bir olmağı öyrədən, Aqil bəyi bu cür mətin, dürüst, təmiz əxlaqda, böyüyə hörmətli, uşağa məhəbbətli, dosta sədaqətli yetişdirən Tapdıq Atamın qarşısında sayğıyla baş əyirəm!

İnsan necə övlad olursa, o cür də ailə başçısı olur, o cür Ata olur, o cür də şəxsiyyət olur.Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir...Aqil Bəykimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir dəyərdir...Ailə ən incə cizgiləriylə göz oxşayan sənətkarlıq abidəsidir... Və O Abidənin memarı çiyinlərini bu böyük məsuliyyətin altına söykəyənKişidir, Ərdir, Atadır...Aqil Bəy ocağında ağlı, tərbiyəsi, zəkası, bilgisi ilə bütün balalarımıza örnək olan iki mələk böyüdür: Ayan və Asena... Həzrəti Peyğəmbərimizin buyurduğu kimi, bu dünyada axirətini qazanmış, Cənnətlik Adamdır Aqil Bəy! Çünki Xanımı başda olmaqda iki qız övladının – üç gözəl Türk xatunun nazını çəkir Aqil Bəy! Tanrı ailə sevgisini, hüzurunu, ocağının istisini hər daim var eyləsin!Amin!

***

İnsanın daşıdığı ad çox zaman onun xarakterini müəyyənləşdirir... Aqil Bəylə hər söhbətimizdə buna ürəkdən inanıram. Tövsiyələrini dinlədikcə müdrikliyinə heyran olduğum bu Adamın içində heç böyüməyən, dəyişməyən tərtəmiz çocuq ruhuna hər söhbətdə vurulur adam. Bu dünyadakı insanların, hadisələrin necə olmasından asılı olmayaraq Aqil Bəy daxilən azadlığını hər şeydən uca tutub, mütəvaziliyini qoruyub saxlayıb. O, təpədən dırnağa Sadəliyin Böyüklüyünü öz şəxsində ehtiva edən Adamdı... Daxili dünyası 7 yaşlı körpə kimi dumduru, düşüncələri isə 70 yaşlı müdrik kimidir... Onun yanında olanda Bakının ta mərkəzində Tanrıdağın ətəklərindəymiş kimi özgürlük duyursan! Sözündən, söhbətindən hikmət tapırsan, böyüyə sayğı, uşağa məhəbbət öyrənirsən...

Bütün bağlılıqların – dostluqların, doğmalıqların özəyində, təməlində güvənmək, inanmaq ehtiyacı dayanır. Aqil Bəy özü böyüklükdə güvən duyğusu sağlayan Adamdı... O varlığı, saf enerjisi ilə insana elə bir güvən bəxş edir ki, onunla nəinki Kəlbəcərə, Tanrı dağlarına qədər çiyin-çiyinə piyada yürümək olar...

27 ildir, AqilCamalyarımçıq idi... yarım qalmışdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəyi günü gözləyirdi...

Azadlığınmübarək, AqilBəy!Ürəyinin aynası olan saf gözlərinə qonan təbəssümün mübarək!Səni ürəkdən güldürən Səbəblərin mübarək! Ömrünə doğan Günəşin mübarək!

Azadlığın mübarək, Doğma Adam! Əziz Adam!Murov ucalıqda Adam! Ürəyi Türküstan boyda Adam! Tanrı dağaoxşayan Adam...Tanrı dağın bənzəri Adam...


MANŞET XƏBƏRLƏRİ