NATO və Avropa İttifaqı Rusiya ilə hərbi münaqişəyə hazırlaşır. Bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Turkustan.az xəbər verir ki, o, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyadaxili qrupunun iclasından sonra deyib: “Çox ciddi məsələ ətrafında çox mühüm və dərin söhbət baş tutub. Əsasən, müzakirə müharibə və sülh, mövcud təhlükəsizlik vəziyyəti, NATO və Avropa İttifaqının hərbi hazırlıqları haqqında olub. Onlar konkret olaraq Rusiya Federasiyası ilə hərbi toqquşmaya hazırlaşırlar".
Aytən Yaşar/ Turkustan.az