İspaniya məhkəməsi Netanyahuya ilə bağlı istintaqa başladı


İspaniya Milli Məhkəməsi İsrailin baş naziri Netanyahu, xarici işlər naziri Saar və bəzi İsrail hərbi rəsmiləri haqqında Madleen gəmisinə hücumla bağlı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə təhqiqata başlayıb.

Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin (AP) üzvü və hüquqşünas Jaume Asens sosial media platforması X hesabında Netanyahuya qarşı ispan fəal Sergio Toribio və “Ərəb Davası ilə Həmrəylik Komitəsi” adından İspaniya Milli Məhkəməsinə şikayət etdiklərini açıqlayıb.

Asens İspaniya Milli Məhkəməsinin Madleen humanitar yardım gəmisinə hücuma görə Benyamin Netanyahu, Gideon Saar və bəzi yüksək rütbəli İsrail hərbçiləri haqqında hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə cinayət təhqiqatı başlatdığını bildirib.

O, məhkəmənin qərarının Madleen gəmisinə edilən hücumun "cinayət təşkil etdiyi" mənasını verdiyini və istintaqın gəmidə pilotsuz uçuş aparatlarının, gözyaşardıcı qazın və 12 fəalın qeyri-qanuni saxlanmasının araşdırılacağını qeyd edib.

Hüquqşünas araşdırmaya başlama qərarının İsrailin cəzasız qalması ilə mübarizədə "əhəmiyyətli addım" olduğunu qeyd edərək: "Dövlətlər öhdəliklərini yerinə yetirmədikdə, ədaləti dəhşətə qarşı etik, hüquqi və siyasi vasitə kimi səfərbər etmək vətəndaş cəmiyyətinin vəzifəsidir. Ümid edirik ki, bu təşəbbüs digər ölkələrə də yayılacaq və Netanyahu ədalətlə üzləşmədən Avropaya addım ata bilməz"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ