Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampa Kiyevin daxili siyasətinə dərindən müdaxilə etməyə icazə verməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu iyulun 8-də Almaniyanın NTV telekanalının müxbiri Yakob Paslik deyib.
Jurnalistin fikrincə, bu cür yanaşmaya nümunə Vaşinqtonun “demokratlara simpatiyasına görə” onu əvəz etmək niyyətində olduğu Ukraynanın ABŞ- dakı səfiri Oksana Markarovanın vəziyyəti ola bilər. Bundan əlavə, Paslik qeyd edib ki, Zelenski “həmişə Trampa yaltaqlanır və onu tərifləyir”.
"Donald Trampa etibar etmək çox, çox çətindir. Ən azı ukraynalılar belə düşünür, çünki onlar bir dəfədən çox məyus olublar", - jurnalist əlavə edib.
El Pais iyulun 5-də bildirib ki, Zelenski və onun administrasiyası ABŞ yardımını itirmək qorxusundan hər ictimai çıxışda Trampa getdikcə daha çox təşəkkür etməyə başlayıb. Qəzetin yazdığına görə, ABŞ Kiyevə yardımı dayandırmağı nə qədər tez-tez düşünürsə, Ukrayna da Trampa bir o qədər minnətdarlıq etməyə başlayır.
Aytən Yaşar/ Turkustan.az