Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Hun-Quz/Tunquz dənizinin qərb sahilləri boyunca cənub-qərbdən şimal-şərqə doğru uzanan Cağacuq/Cuq-Cuq sıra dağları Saxa/Sak diyarının cənub-şərq hissəsini, hövzənin əski Türkdilli qəbilə-tayfa İttifaqı soylarının (Sax/Sak, Hun/Quz, Sarı və Göy Türkləri...uluslarının) Təkamül mərhələlərinin bir çox coğrafi məkanlarını əhatə etməklə yanaşı, həm də zəngin tarixi-coğrafi və milli-mədəni, müqəddəs dini-sakral keçmişə malikdir.
Nəhayətsiz Böyük Ümman Bəhri/Sakit okean sahilləri boyunca yan alan, uzanan əski Türk Uluslarının minilliklərlə formalaşan filoloji təfəkkür tərzində kökənli dil üstünlüyünün bir səbəbi də ilk növbədə geniş ərazidə yayılan qəbilə-tayfa birliklərinin bir Ocaqdan (Hun-Quz-Sak/Saxa...yurdları olan Bəygöldən HunQuz dənizinədək olan ərazilərdən) şaxələnməsi, milli-mənəvi gələnəklərin, dini-sakral dəyərlərinin güclü olması, Ailə-Dil tərkibinin minilliklərlə qorunub saxlanılması, etnoloji/etimoloji yad assinlyasiyaya bütünlüklə məruz qalmamasına ərazinin mürəkkəb landşaft-relyef strukturu və kəskin iqlim şəraitinin təsiri də mühüm rol oynamışdır. Həmin landşaft örtüyündən biri də Cuq-Cuq sıra dağları və bu qurşağın “yabançı dillərin dəymədiyi” protoTürk dillərinin özəlliyini qoruyub saxlayan oro və hidrotoponimlərlə zəngin relyef strukturlarıdır.
Haşiyə. Uzunluğu 640 km, eni 130-180 km olan Cuq-Cuq qurşağının ən hündür zirvəsi Topko dağıdır (1906 m), şərq yamaclarından axan çaylar gursuludur, sıx şəbəkə yaradır (Ulkan, Arxay, Limçan, Bilyakçan, Tunum, Taymen, Uyka, Tançi, İrkan, Eykan, Mirmalan, Dulmi...) və HunQuz (Oxot) dənizinə tökülür. Yataqlarında çoxsaylı isti-su bulaqları olan Tavatum çayı həm də eyniadlı təbii qoruq ilə məşhurdur. Qərb yamaclarından başlayan çaylar Aldan çayı hövzəsinə aiddir.
Orotoponim kimi “Topko” zirvəsinin etimoloji mənası “uzun qurşağın bağlanan, düyün vurulan yeri” anlamını ifadə edir ki, əski türk köçəri elatlarında “tapqır” (“atın belində yəhəri bərkidən ilgək, düyün və ya uzun çatı”) ən çox istifadə olunan söz və vasitədir. Dağ silsiləsinin plastikasında düyünlənən yer-dağın zirvəsi hesab edilir.
Bölgənin qədim yaşayış məntəqələrindən Ciqda kəndi Çuya çayının Maya çayına tökülən yerində, Nelkan kəndi isə Maya çayı sahilində salınıb.
Coğrafi-filoloji təhlil kimi bu iki kəndin etimoloji mənası bütüölükdə Cuq-Cuq dağ silsiləsinin orotoponim kimi anlamına işıq salmaqdadır. Qədim Türk dillərində “nil”, “mil”...söz kökləri və “kan”, “kən” sözbirləşməsi “yaşayış məkanı” anlamı (əslində “kənd” sözünün mənası baxımından) “ox kimi utu axan çayların sahilindəki yer” kimi qəbul edilir. Deməli, əski prototürk qəbilələri hövzənin iti, sürətlə axan çay sularının əmələ gətirdiyi dağlıq-hidroqrafik relyef strukturu fonetik-dil semantikasına uyğunlaşdırılaraq “Cuq-Cuq” adlanmış və ümumTürk leksikonunda Türk dünyası toponimikasında təsdiqlənmişdir.
Xəzər dənizinə tökülən Cağacıq/Cağacuq çayı da iti axır, sahilində salınan eyni adlı kənd də onun adını daşıyır. Cəngi/Zəng söz köklərindən yaranan toponimlərin də (eləcə də, Zəngəzur, Zəngibasar, Zəngi, Zəngilan....yer adları) etimoloji və morfogenetik tərkibi eyni mənşəlidir.
Arxeoloji tədqiqatlar və tarixi-sənədli mənbələrin təhlili göstərir ki, bu dağlıq silsilə və qoynundakı çay hövzələri e.ə. V-IV minillikllərdə Təkamül/Təbəddülat mərkəzlərinin ocağı olmuşdur. Qayaüstü rəsmləri və yazıları, yaşayış ocaqlarının quruluşu və yerləşmə xüsusiyyətləri, etimoloji dil fonetikası və əski lüğət tərkibi....nəzərə alınmaqla Cuq-Cuq dağları ərazisindəki etnos (aynilər, nivxilər, çukçalar...) dillərinin əski/protoTürk semantikasına uyğunluğunu Rusiya EA-nın Dilçilik institunun professoru V.Z.Panfilov (1926-1993) “Nivxi dilinin qrammatikası” (1962-1965) əsərində bildirmişdir.
Adı çəkilən Türkdilli etnosların daha sıx məskunlaşma ocaqlarından biri də HunQuz (Oxot) dənizinə tökülən Ürək/Urak, Amka, Kuxtuy...çaylarının mənsəb hissələridir. Çünki, bu ərazilər həm də e.ə. I minillikdə və yeni ərəyi yemiş İgid” deyərdilər, bu Türk coğrafiyasında yayılmış epitet olub. Ümumiləşdirilmiş “Ürək” sözü bəzən antronim və hidronim kimi də işlədilib.
XV əsr Qazan xanı Ürək xan, XVI əsr Noqay hakimi Urək mirzə...Türk dövlətçiliyi tarixində mühüm tarixi-coğrafi ad qazanmışlar.
Hun/Qua (Oxot) dənizinə tökülən və Cuq-Cuq dağ qurşağının şərq yamaclarından başlayan Ulya çayının sol qolu, mənsəbi geniş düzəngah olan Amka çayının (126 km) etimoloji çalarları əski Türk dillərinin (Hun-Quz-Saxa/Sak...fonetikasında) morfofonetik dil-sintaksis ifadələrini əks etdirir-qədim Hun-Quz dillərində “Amka/Əmkə” “aşağı yer”, “yüksəkliyin ətəyi” mənasındadır, Türk lüğətində “əmgək” (“yastı yer”) kəlamı ilə çulğalaşır.
“Ulya” hidronimi Böyük Türk elatında indi də işlədilən “ulartı salan”-“səs-küylə çağalyan çay” anlamındadır. Rus fotoqrafı, Voronej şəhərində doğulmuş G.M.Prudnikov 2020-ci ilin iyun ayında Uzaq Şərqdə keşirilən “Səyahət” silsiləsindən ibarət fotosərgidə “Oxot dənizinin tarixi yerləri üzrə...” səyahəti barədə təəssüratlarında qeyd etmişdir:
-Ulya çayına yuxarı axarlarda 40-dan çox qol birləşir, daşlıq keçidlərdən, dolanbac qayalıqlardan gurultulu, coşqulu səs-küylə axır, hər kilometrdə yatağını xeyli dərəcədə genişləndirir...
Сuq-Cus silsiləsinin şimal qurtaracağının dənizə enən hissəsində yaranan burunlardan (dənizə doğru uzana iti bucaqlaı quru quru hissəsi) biri Alevina adlanır və xəritədə «мыс Алевина» kimi yazılıb və koryak dilində (Hun-Quz ailəsinin Çukot-Koryak dil qolunun şəcərə budağına aiddir) “Illa”-“Ana” (İlla-İnna-Anna-Ana...sözlərinin etimolji-dialekt mənşəyi) mənasındadır. Əski Türk-Oğuz/Quz anlamında “mısmırıq”-“burun sallamaq” kimi işlədilir.
Hun-Quz...dil (şifahi və yazılı ədəbiyyat sistemi) strukturu ƏrHun/Orxon-Yen Su/Yenisey əlifbası əsasında formalaşmış əskiTürk dil semantikasını təşkil etməklə minilliklərin assimlyativ dil-dialekt təsirlərinə məruz qalsa da, ilkin, kökənli soy-irs...dil-yaddaşını qoruyub saxlamağa müvəffəq olmuşdur. Axı, başqa cür Avrasiya quru hissəsində necə hakimlik qazanmaq olardı...
Haqqında yazılan Cuq-Cuq dağ qurşağı şimal-qərb hissədə iri bir landşaft-relytef hissəsi, yüksək dağ zirvələri, keşilməz, qarlı-bulu aşırımları ilə parçalanmış-Suntar-Qaya/Hayata silsiləsi (uzunluğu 450 km, eni 60 km) ilə həmsərhəddir. Saxa/Sak dini-sakral təlimində/ruhani-fəlsəfi təsəvvüründə Suntar əski Şiman kultu kimi qəbul edildiyindən, bu silsilə İlahi Ruhların ocağı olaraq müqəddəsləşdirilib. Saxa/Sak dilində dağ qurşağı isə ümumi olaraq “Qaya”, dialekt təhrifinə əsasən isə “Haya-ta (şəkilsi)” ifadəsiinə uyğun orotoponim yaranmışdır. Bu silsilənin ən uca zirvəsi Mus-Qaya (qədim Türk dilində“Şiş uclu Dağ” mənasındadır) 2919 m-ə çatır.
Göründüyü kimi, Saxa/Sak ərazilərində, Hun-Quz dənizi və Böyük Ümman/Bəhr sahillərində....minilliklərlə yaranmış coğrafi adların/toponimlərin etimoloji-filoloji təhlilində əski Türk dilləri aparıcı, hakim morfodil təsirinin üstünlüyü aidın ifadə olunur.
R.S. Böyük Qafqazın şimal-şərq hissəsindəki Yan silsilədən başlayan Cağacıq çayı Quba və Xaçmaz rayonları ərazisindən keçərək Xəzər dənizinə tökülür və Quba rayonu Talabıqışlaq İƏD tərkibində Cağacıq kəndi vardır.