Korrupsiya istintaqı ilə bağlı saxlanılan Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar həbs edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onunla yanaşı Böyükçekmece bələdiyyə sədri Əhməd Şahin və sürücüsü Sonkan Turan barəsində də həbs qərarı verilib.
Qeyd edək ki, bundan öncə Antalya vilayətinin Manavqat bələdiyyəsinin sədri Niyazi Nefi Qara həbs edilib. /axar.az/