Rusiyada bəzi insanlar Azərbaycanla münasibətləri daha da gərginləşdirmək üçün sosial şəbəkələrdə müxtəlif paylaşımlar edirlər. Çox vaxt həqiqətə uyğun olmayan, qızışdırıcılıq məqsədi daşıyan bu materialları erməni Teleqram kanalları da böyük həvəslə paylaşırlar.
Turkustan.az xəbər verir ki, belə paylaşımlardan biri də guya Yekaterinburqda azərbaycanlıların satdığı nektarinlərdən tikiş iynələri tapılması ilə bağlıdır.
Bir rus qadının çəkdiyi videonu Ermənistanın "Novosti Armenia mira" Teleqram kanalı yayıb.
Videoda iddia olunur ki, qadın Uralmaşda yerləşən “Azərbaycan meyvələri” adlı dükandan nektarin alıb və onları 6 yaşlı oğluna verib. Guya bir qədər sonra uşağın damağına tikiş iynəsi batıb və o, göz yaşları içində evə gəlib.
Qadın daha sonra aldığı bütün meyvələrin içində oxşar iynələr "aşkar edib".
Hazırda məsələ ilə bağlı polisin araşdırma apardığı bildirilir.
Lakin videoda nə "zərərçəkən" uşaq görünür, nə də meyvələrin doğrudan da azərbaycanlılardan alındığına dair bir dəlil var... /bakupost.az/
Maraqlıdır ki, bəzi erməni istifadəçilər də görüntüyə yazdıqları şərhdə bunun inandırıcı olmadığını və təxribat məqsədi daşıdığını etiraf ediblər.