Pakistan ordusunun baş qərargah rəisi marşal Asim Munir Hindistanla münaqişədə “xarici dəstək” iddialarını “əsassız və məsuliyyətsiz” adlandırıb.
Turkustan.az xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentindən (ISPR) verilən açıqlamaya görə, Munir paytaxt İslamabadda Milli Müdafiə Universitetində keçirilən Milli Təhlükəsizlik və Müharibə Kursunun buraxılış mərasimində çıxış edib.
Hindistanla qarşıdurmalarla bağlı gündəmdə olan iddialarla əlaqədar olaraq Munir, "Pakistanın uğurlu "Bunyanun Marsus" (Keçilməz Divar) əməliyyatına xaricdən dəstək verildiyinə dair eyhamlar məsuliyyətsiz və real olmayan iddialardır" dedi.
Marşal Munir qeyd edib ki, bu iddialar “strateji uzaqgörənliklə inkişaf etdirilən yerli potensialı və institusional dayanıqlığı qəbul etməmək meylinin göstəricisidir”.
Hindistanın münaqişə zamanı hədəflədiyi hərbi nəticələrə nail ola bilməməsinin “əməliyyat hazırlığının və strateji uzaqgörənliyin olmamasının göstəricisi” olduğunu deyən Munir, sözügedən iddiaların “bu vəziyyəti mürəkkəb əsaslandırmalarla qanuniləşdirmə cəhdi” olduğunu iddia edib.
Aytən Yaşar/ Turkustan.az